I Divizionda oyun yarımçıq dayandırıldı

Futbol üzrə Azərbaycan I Divizionunda XXVII turun "Zaqatala”- "Turan Tovuz” oyunu 30-cu dəqiqədən etibarən dayandırılıb.

SportLine.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, buna Zaqatalada müşahidə olunan güclü yağış səbəb olub.

Qarşılaşma sabah saat 12:00-dan etibarən qaldığı yerdən davam etdiriləcək. 30 dəqiqə ərzində görüşdə hesab açılmayıb.