Yaponiya, Avstraliya və BƏƏ 1/4 finalda

Asiya Kubokunda 1/8 final mərhələsi davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha üç qarşılaşma keçirilir.

Günün ilk matçında Yaponiya Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib. Matç gündoğar ölkə təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Digər qarşılaşmalarda Avstraliya Özbəkistanı, Birləşmiş Ərəb Əmirlikləri isə Qırğızıstanı mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, Yaponiya millisi 1/4 finalda Vyetnamı sınağa çəkəcək. Avstraliya isə Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılaşacaq.

21 yanvar 2019
Asiya Kuboku

Yaponiya - Səudiyyə Ərəbistanı - 1:0
QOL:
Tomiyasu, 20 (1:0)

Avstraliya - Özbəkistan - 0:0
PEN:
4:2

Birləşmiş Ərəb Əmirlikləri - Qırğızıstan - 3:2 (əlavə vaxt)
QOLLAR:
Esmael, 14 (1:0); Murzayev, 26 (1:1); Mabkut, 64 (2:1); Rustamov, 90+2 (2:2); Xalil, 103/p. (3:2)