Yaponiya millisində iki ayrılıq

Yaponiya seçməsində iki ayrılıq olub. SportLine.az goal.com-a istinadən xəbər verir ki, Dünya çempionatının ardından Keysuke Honda və Makoto Hasebe millidəki karyerasını bitirdiyini açıqlayıb.

Qeyd edək ki, 32 yaşlı Honda millidə 98 matçda 37 qol, 34 yaşlı Hesebe isə 114 oyunda 2 qol vurub.