Yarımçıq dayandırılan "Fənərbağça" - "Beşiktaş" oyunu ilə bağlı qərar verildi

Türkiyə Futbol Federasiyası qalmaqallı İstanbul derbisi ilə bağlı qərar qəbul edib.

SportLine.az federasiyanın saytına istinadən xəbər verir ki, Türkiyə kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən "Fənərbağça" - "Beşiktaş" görüşünün qaldığı yerdən oynanılması məqsədəuyğun sayılıb. Beləliklə, derbi 57-ci dəqiqədən davam edəcək.

Görüş mayın 3-ə təyin olunub. 

Xatırladaq ki, hesab 0:0 olarkən azarkeşlərlə qonaq komandanın futbolçuları arasında yaşanan mübahisə səbəbindən oyun dayandırılmışdı.