"Ayaks"ın Turin zəfəri

UEFA Çempionlar Liqasında ¼ finalın digər cavab oyununda “Yuventus” “Ayaks”ı qəbul edib.

Sportline.az xəbər verir ki, ilk qarılaşmada 1:1 hesablı heç-heçə “Yuventus” bu dəfə rəqibi ilə Turində üz-üzə gəlib. Oyuna daha fəal başlayan “Qoca Senyora” 28-ci dəqiqədə yerli azarkeşləri sevindirib. Kriştiano Ronaldu hesabı açıb.

Meydan sahiblərinin sevinci cəmi 6 dəqiqə çəkib. Hakim Ziyeşin ötürməsindən sonra Donni van de Bek topu qapıdan keçirib. 1-1. Fasilədən sonra qonaqlar hücumlarını daha da gücləndiriblər. 67-ci dəqiqədə Amsterdam klubu rəqibini 2-ci dəfə mərkəzə dəvət edib. Matteys de Liqt komandasını qələbə qolunu vurub - 2:1. İki oyundan sonra, ümumilikdə, 3:2 hesabıyla qalib gələn “Ayaks” yarımfinaldadır.