Yaşar Vahabzadə və Şahin Diniyev Məşqçilər Komitəsində

Məşqçilər Komitəsinin tərkibinə iki yeni şəxs daxil edilib.

SportLine.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, Yaşar Vahabzadə və Şahin Diniyev MK-nın üzvü təyin olunublar. Buna İcraiyyə Komitəsinin bugünkü iclasında qərar verilib.

Qeyd edək ki, Ş. Diniyev daha əvvəl də komitəyə üzv idi. Sadəcə, o, 2015-ci ildə “Kəpəz”in baş məşqçisi təyin olunduğu üçün istefa vermişdi.