Yaşıl meydanda daha bir dəhşətli zədə

İngiltərə Premyer Liqasının 11-ci turunun "Everton" - "Tottenhem" görüşündə dəhşətli zədə faktı qeydə alınıb.

Sportline.az xəbər verir ki, rəqibin sərt oyunu nəticəsində meydan sahiblərinin portuqaliyalı futbolçusu Andre Qomeşin ayağı qırılıb.


Bu, matçın 78-ci dəqiqəsində, Son Hın Minlə mübarizə zamanı baş verib. Qırmızı vərəqə ilə meydandan qovulan koreyalı futbolçu, Qomeşin halına görə, göz yaşlarını saxlaya bilməyib.

Ayaq sümükləri qırılan Qomeş yaxın günlərdə əməliyyat olunacaq.