Yaya Ture Çinin 2-ci divizionunda mübarizə aparacaq

"Barselona" və "Mançester Siti"nin sabiq futbolçusu Yaya Turenin “Çindao Haynyu” klubuna keçidi rəsmiləşib.

Sportline.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları barədə məlumat verilməyib.

Turenin son klubu “Olimpiakos” olub. Kot-d-İvuarlı oyunçu ötən ilin dekabrında Yunanıstan təmsilçisindən ayırılıb.

Qeyd edək ki, Turenin hazırkı klubu “Çindao Haynyu” Çinin 2-ci divizionunda çıxış edir.