"Yaz turniri" yekunlaşdı

AFFA, Sahə Futbol Federasiyaları İctimai Birliyi və Bakcell şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Memarlıq və İnşaat Universitetinin idman zalında eşitməqüsurlu əlillər arasında futzal üzrə "Yaz turniri" keçirilib.

Sportline.az xəbər verir ki, turnirin qalibi “Azəri” komandası olub. 2-ci yeri “Şimşək”, üçüncü pilləni isə “Zirvə” tutub.

“Azəri” komandasının üzvü Rabil Şabanov ən yaxşı qapıçı, “Şimşək” komandasından Ümid İbrahimov isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu “Azəri” komandasının üzvü Rəvan Muxtarlı olub.

Sonuncu turun nəticələri:

“Ümid” – “Bakı” 5:2
“Azəri” – “Zirvə” 4:2
“Şimşək” – “Ümid” 9:3