Yenə Messi
Çempionlar Liqasında 2-ci turun ən yaxşı oyunçusu müəyyənləşib. SportLine.az xəbər verir ki, "Barselona"nın futbolçusu Lionel Messi onlayn səsvermədə bütün rəqiblərini üstələyib.
Qeyd edək ki, argentinalı futbolçu "Tottenhem" üzərində qazanılan 4:2 hesablı qələbədə komandasına kpmək edib.
Xatırladaq ki, o, ilk turun da ən yaxşısı seçilmişdi.