Yenə Messi

UEFA Çempionlar Liqasında 5-ci turun ən yaxşı oyunçusunun adını açıqlayıb. SportLine.az xəbər verir ki, onlayn səsvermənin nəticələrinə görə, "Barselona"nın lideri - Lionel Messi "ən yaxşı" adına layiq görülüb. Argentinalı ulduz Aryen Robben ("Bavariya"), Maksvell  Korne ("Lion") və Dris Mertensi ("Napoli") arxada qoyub.

Qeyd edək ki, L.Messi cari mövsümdə 3-cü dəfə turun ən yaxşısı seçilib.