Yeni baş məşqçinin Şeydayevə münasibəti

Rusiya Premyer Liqasında 13-cü tur da arxada qalıb.

Sportline.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi Moskva "Dinamo"su bu tur "Krasnodar"ı büdrətməyi bacarıb. Moskvada keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.

Komandanın yeni baş məşqçisi Kiril Novikov, bu görüşdə Ramil Şeydayevə güvənməyib. İştirak ərizəsində adı olan futbolçumuz, sonadək ehtiyatda qalıb.