Yeni transfer "Qarabağ"da bu nömrəni seçdi
"Qarabağ"ın yeni transferi Asmir Beqoviç forma nömrəsini seçib.
Sportline.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, bosniyalı qapıçı Ağdam təmsilçisində 1 nömrəli forma ilə mübarizə aparacaq.
Qeyd edək ki, "Qarabağ" 32 yaşlı qolkiperi İngiltərənin “Bornmut” klubundan 4 aylıq icarəyə götürüb.