Yunan futbolçu "Neftçi"nin hədəfində

Qış transfer pəncərəsində heyətini gücləndirmək istəyən "Neftçi" axtardığı futbolçunu Yunanıstanda tapıb. SportLine.az yunan mətbuatına istinadən xəbər verir ki, "ağ-qaralar" Vangelis Platellasın xidmətində maraqlıdır.

30 yaşlı yarımmüdafiəçi üçün Bakı təmsilçisinin futbolçunun məxsus olduğu OFİ klubuna rəsmi təklif ünvanladığı bildirilib.

Peşəkar karyerasına “Kaliteya” klubunda start verən Platellas 6 il burda futbol oynayıb. Ardınca “Şkoda Ksnati”, AEK və “Atromitos”da oynamış vinger OFİ-yə “Aris”dən keçib. 2018-ci ildən ada təmsilçisində çıxış edən “10 nömrə” bu müddətdə meydanda olduğu 15 oyunda 2 dəfə fərqlənməyi bacarıb.

Qeyd edək ki, o, 2015-ci ildə Yunanıstan millisinin toplanışına dəvət alsa da, milli ilə rəsmi oyuna çıxmayıb.