Yunanıstan klubu amerikalı basketbolçunu transfer edib

"Panatinaikos" Riçaun Holmes ilə iki illik müqavilə imzaladı.

Sportline.az xəbər verir ki, türkiyəli baş məşqçi Ergin Atamanın çalışdırdığı Yunanıstan təmsilçisi "Panatinaikos" ABŞ-lı mərkəz mövqeli basketbolçu Riçaun Holmesi heyətinə cəlb edib.

Bu haqda klubun rəsmi saytı məlumat yayıb.