Yunanıstan Super Liqasında turun mərkəzi oyunu Əliyar Ağayevə həvalə olundu

Azərbaycanlı referi Əliyar Ağayev Yunanıstan Super Liqasına təyinat alıb. SportLine.az yunan mətbuatına istinadən xəbər verir ki, həmyerlimiz XXIV tur çərçivəsində keçiriləcək PAOK - "Atromitos" görüşündə ədaləti qoruyacaq. Ona Akif Əmirəli və Rza Məmmədov yan xətt hakimi qismində kömək edəcək. Salonikidə yerləşən "Tumba Stadium"dakı görüş martın 10-da keçiriləcək.

Ə.Ağayev Yunanıstan çempionatında oyun idarə edəcək yeganə əcnəbi referi olmayacaq. AEK - "Panatinaikos" matçı üçün də almaniyalı Tobias Veltsə dəvət göndərilib.

Qeyd edək ki, PAOK hazırda Super Liqada 1-ci, "Atromitos" isə 3-cü pillədə qərarlaşıb.