Yunanov paytaxt klubunda oynayacaq
"Sumqayıt"la yolları ayrılan Amil Yunanovun karyerasını paytaxtda davam etdirəcyi bildirilir.
Sportline.az xəbər verir ki, milli komandanın hücumçusu ilə "Keşlə" klubu ciddi maraqlanır. 25 yaşlı futbolçunun paytaxt təmsilçisi ilə ilkin razılığa gəldiyi haqda məlumat yayılıb.
Qeyd edək ki, Amil Yunanov "Sumqayıt"ın yeni müqavilə təklifinə müsbət cavab verməyib.