Yurçeviç AFFA ilə danışıqlar üçün Bakıda

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd Nikola Yurçeviç Bakıya gəlib.

SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli assosiasiya ilə aparılacaq müzakirələr ərəfəsində xorvatiyalı mütəxəssis Topaz Premyer Liqasının XVI turu çərçivəsində keçiriləcək bir neçə oyunu izləyəcək.