Yurçeviç millidən gedir: Elxan Məmmədov açıqladı
AFFA millinin baş məşqçisi Nikola Yurçeviçlə yolları ayırır.
Sportline.az xəbər verir ki, bu haqda qurumun baş katibi Elxan Məmmədov dövlət radiosuna müsahibəsində deyib: “Yurçeviç qarşısına qoyulan məqsədə nail ola bilmədi. Qrupda yuxarı yerlərdə olmaq şərti qoyulmuşdu. Lakin vəzifənin öhdəsindən gəlmədi. Yəqin ki, onunla yollar ayrılacaq”.
Xatırladaq ki, N.Yurçeviçin rəhbərliyi altında millimiz Avro-2020-nin seçmə mərhələsində qrupu 1 xal toplamaqla sonuncu yerdə başa vurub.