Yurçeviç millinin heyətini açıqladı
Milli komandanın qarşıdakı oyunlar üçün heyəti açıqlanıb.
Sportline.az xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç 23 futbolçuya dəvət göndərib.
Komandamız oktyabrın 6-da və 7-də Bakıda, 8-də və 9-da Bəhreyndə, ayın 10-dan 13-dək Macarıstanda təlim-məşq toplanışında olacaq. Milli ayın 9-da Bəhreynlə beynəlxalq yoldaşlıq oyunu keçirəcək, 13-də isə AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində Macarıstanla qarşılaşacaq.
Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emil Balayev ("Tobol", Qazaxıstan), Şahruddin Məhəmmədəliyev ("Qarabağ")
Müdafiəçilər: Şəhriyar Əliyev ("Sumqayıt"), Ömər Buludov ("Neftçi"), Abbas Hüseynov, Bədavi Hüseynov (hər ikisi "Qarabağ"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Şəhriyar Rəhimov ("Səbail"), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (hər ikisi "Sabah")
Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Mahir Emreli, Araz Abdullayev (hamısı "Qarabağ"), Emin Mahmudov ("Neftçi"), Eddi İsrafilov ("Albasete, İspaniya), Cavid Hüseynov ("Zirə"), Rəşad Eyubov ("Sabah")
Hücumçular: Ramil Şeydayev ("Dinamo", Moskva, Rusiya), Rüfət Dadaşov ("Proyssen Münster", Almaniya), Renat Dadaşov ("Pakuş de Fereyra", Portuqaliya), Ağabala Ramazanov ("Səbail").