Yurçeviç "Neftçi" - "Keşlə" görüşünü izləyir
Topaz Premyer Liqasının hazırda davam edən "Neftçi" - "Keşlə" matçını stadiondan izləyənlər arasında xorvatiyalı mütəxəssis Nikola Yurçeviç də var.
Sportline.az xəbər verir ki, millinin baş məşqçi vəzifəsinə əsas namizəd sayılan xorvat , "Bakcell Arena"dadır. O, qarşılaşmanı AFFA-nın baş katibi Elxan Məmmədovla birlikdə izləyir.
Qeyd edək ki, Yurçeviç ötən gün keçirilən "Sumqayıt" - "Qarabağ" matçına da stadiondan baxmışdı.