Yurçeviç rəqibini qabaqlayacaq

AÇ-2020-nin seçmə mərhələsinin Azərbaycan - Macarıstan oyunu öncəsi mətbuat konfransları təşkil olunacaq.

 Sportline.az xəbər verir ki, iyunun 8-də keçiriləcək görüşdən bir gün əvvəl baş məşqçilər media önünə çıxacaqlar.

Əvvəlcə saat 18:00-da yığmamızın çalışdırıcısı Nikola Yurçeviç fikrini bildirəcək. Bundan yarım saat sonra ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq başlayacaq.

Saat 19:15-də isə macarların baş məşqçisi Marko Rossi mətbuat konfransına qatılacaq. 20:00-da qonaq komandanın məşqi start götürəcək. Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi "Bakcell Arena” da təşkil olunacaq.