Yurçeviçin Azərbaycanda qazancı açıqlanıb
Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviçin məvacibi açıqlanıb.
Sportline.az xəbər verir ki, bu haqda Xorvatiya mətbuatı məlumat yayıb.
52 yaşlı mütəxəssisin millinin sükanı arxasındakı işinə görə, 300 min avro qazanacağı bildirilir.
Qeyd edək ki, Yurçeviç iki gün əvvəl Azərbaycan millisinin baş məşqçisi təyin olunub.