Yurçeviçin qızı subaylığın daşını atır

Millimizin baş məşqçisi Nikola Yurçeviçin qızı Lana Yurçeviç ailə həyatı qurmağa hazırlaşır.

Sportline.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssisin qızı Kiprin “Enosis” klubunun futbolçusu Rista Riki Mitrevski ilə evlənəcək.

Cütlüyün toyu yaxın aylarda Xorvatiyada olacaq.

 Hazırda Yurçeviçin qızının hamilə olduğu da xəbər yer alır.