Yurçeviçlə Medvedev kimə səs verib?

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç və kapitanı Maksim Medvedevin, FIFA-nın ilin ən yaxşı futbolçusu ilə bağlı sorğusunda kimlərə səs verdiyi müəyyənləşib.

Sportline.az xəbər verir ki, təmsilçilərimiz, qalibin adını düzgün müəyyənləşdirə bilməyiblər.

Xorvatiyalı mütəxəssisin fikrincə, ilin ən yaxşısı Kriştianu Ronaldo olmalı idi. Qalib gələn Lionel Messinin ikinciliyə layiq bilən Yurçeviçin siyahısında ilk "3-lüy"ü Məhəmməd Salah qapayır.

Maksim Medvedev isə müdafiəçi Vircil van Deyki ilk sırada görüb. O, Məhəmməd Salahı ikinci, Matteys De Liqti isə üçüncülüyə layiq bilib.

Jurnalist Rasim Mövsümovun sıralaması isə belə olub: Vircil van Deyk, Sadio Mane, Məhəmməd Salah.

Qeyd edək ki, respondentlərin 46% faiz səsini toplayan Lionel Messi 6-cı dəfə ilin ən yaxşı futbolçusu seçilib.