Yuri Syomin Fatih Terim haqqında: O, hiyləgərdir

UEFA Çempionlar Liqasının 5-ci turunda Moskva "Lokomotiv"i doğma meydanda "Qalatasaray"la qarşılaşacaq. SportLine.az xəbər verir ki, görüşdən öncə komandaların baş məşqçiləri mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar:

Yuri Syomin: "Qalatasaray" çox yaxşı komandadır. 2-3 fərqli taktika ilə oynamağı bacarırlar və hər dəfə fərqli taktika ilə oynasalar da, uğur qazana bilirlər. Fatih Terim hiyləgər mütəxəssisdir. Onun hansı taktika ilə oynayacağını bilmirik. Biz də yaxşı komandayıq. Əsas problemimiz qol vurmaqla bağlıdır. Kifayət qədər epizod yaradırıq, amma həlledici məqamda nəsə çatışmır. Sabahkı oyunda səhvlərimizi minimuma endirməliyik".

Fatih Terim: "Havanın soyuq olacağını gözləyirdik. Kar yağdı, yağış yağdı, meydan sürüşkən oldu və s. bunun kimi bəhanələr bizə lzım deyil. Oyuna köklənməliyik. Heyətlər bağlı problemlərimiz olsa da, bu problemləri həll edə bilərik. Əmrə Akbaba, Belhanda və Sinan Gümüş sabahkı oyunu buraxacaq. Naqatomo ilk dəfə soyuq havada məşqə çıxacaq. Onunla bağlı yekun qərarı sabah verəcəyik. Rodriqo, Donk və Ndiaye meydanda olacaq".

Qeyd edək ki, "Lokomotiv" Moskva - "Qalatasaray" matçının start fiti sabah Bakı vaxtı ilə saat 21:55-də səslənəcək.