Yurqen Klopp: "Biz "Real" deyilik"

Çempionlar Liqasının 1/4 finalında "Portu" ilə mübarizə aparacaq "Liverpul"un baş məşqçisi Yurqen Klopp mərhələ ilə bağlı fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, Klopp komandasının "Real" kimi təcrübəli olmadığını vurğulayıb.

"Oyuna tam hazırıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. İlk oyun evimizdədir. Sərfəli nəticə qazanmalıyıq. Bu, çox vacib görüşdür. Ardıcıl ikinci mövsümdür ki, Çempionlar Liqasındayıq. Biz, son 3 ildə 3 dəfə Çempionlar Liqasını qazanan "Real" deyilik. Rəqabəti sevirik və qələbə üçün hər şeyi edəcəyik".