"Yuventus" 621 milyon avro qazanıb

“Yuventus” 2018/19 mövsümü üçün maliyyə hesabatı açıqlayıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2019-cu ilin iyunun 30-na kimi gəlir 621,5 milyon avro təşkil edib (bir il əvvəl 504,7 mln), itki isə vergiləri çıxmaqla 39 milyon olub (bir il əvvəl 19,2 milyon).

Biletdən gəlir 56,4 milyondan 70,65 milyona, teleyayımdan 200,1 milyondan 206,6 milyona, sponsorlardan 86,9 milyondan 108,8 milyona, futbolçuların satışından 102,4 milyondan 157,2 milyona çatıb.

Transferə xərclənən pul 107,95 milyondan 149,4 milyona qalxıb. Klubun hazırkı borcu isə 463,5 milyondur (2018-ci ildə  309,8 milyon).