"Yuventus" və "Mançester Siti" növbəti mərhələdə

Bu gün UEFA Çempionlar Liqasında 1/4 finalın daha iki iştirakçısı müəyyənləşəcək. SportLine.az xəbər verir ki, növbəti oyun gününün matçları İtaliyada və İngiltərədə təşkil olunacaq.

Diqqətlər, əsasən, Turinə yönələcək. Burada "Yuventus" "Atletiko"nu qəbul edəcək. Madriddə məğlub olan A Seriya klubu, ən azı, üç top fərqi ilə qələbə qazanmalıdır. 2:0 hesabı isə görüşü əlavə vaxta aparacaq.

"Mançester Siti"nin işi isə daha asandır. Səfərdə 3:2 hesablı qələbə qazanan "şəhərlilər"i doğma meydanda, hətta 0:1, və ya 1:2 hesablı məğlubiyyət də qane edir. 

Hər iki matçın start fiti Bakı vaxtı ilə gecə yarısı səslənəcək.

13 mart 2019
Çempionlar Liqası
1/8 final (cavab oyunları)

"Yuventus" (İtaliya) - "Atletiko" (Madrid, İspaniya) - 3:0
QOL:
Kriştianu Ronaldu, 27, 49, 85
İlk oyun: 0:2
Baş hakim: Byörn Kuypers (Hollandiya)
"Allianz Stadium", Turin

"Mançester Siti" (İngiltərə) - "Şalke" (Almaniya) - 7:0
QOLLAR:
Aqüero, 35/p. (1:0); Aqüero, 38 (2:0); Leroy Sane, 42 (3:0), Sterlinq, 57 (4-0), B.Silva , 71 (5-0),  Fil Foden, 78 (6-0), Qabriel Jesus, 84 (7-0) 
İlk oyun: 3:2
Baş hakim: Kleman Turpin (Fransa)
"Etihad Stadium", Mançester