"Yuventus" - "Ayaks" görüşü ərəfəsində qalmaqal

Çempionlar Liqasının 1/4 finalının "Yuventus" - "Ayaks" matçı üçün İtaliyaya gedən hollandiyalı 54 azarkeş ölkədən deportasiya ediləcək.

Sportline.az xəbər verir ki, onların üzərindən fişəng, silah, bıçaq və digər qadağan edilmiş yad cisimlər çıxıb. İki avtobusla Turinə yollanan bu azarkeşlərin "Yuventus"lu fanatlarla küçədə dava etməyi planlaşdırdıqları bildirilib.

Polis bölməsinə aparılan sözügedən şəxslərin kimlikləri müəyyənləşdikdən sonra Hollandiyaya geri qaytarılacaq.