"Yuventus" - "Ayaks": Heyətlərdə itkilər var

"Yuventus" bu gün ÇL-in 1/4 final mərhələsinin cavab matçında "Ayaks"ı qəbul edəcək.

Sportline.az xəbər verir ki, hər iki komandanın heyətində itkilər var. Hollandiyalılardan Nikolas Talyafiko cəza, Hassan Bande zədə səbəbindən meydana çıxmayacaq. Daha bir zədəli futbolçu - Frenki de Yonqun da iştirakı sual altındadır.

“Yuventus”da isə, Martin Kaseres, Mattia Perin, Andrea Bartsalyi və Emre Can zədə üzündən komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23-00-da başlanacaq.