"Yuventus" belə qələbə qazandı

İtaliya A Seriyasında IV turun görüşləri keçirilir.

Sportline.az xəbər verir ki, "Yuventus" "Verona"nı qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

"Yuventus" 7 xalla 3-cü yerdədir. 4 xalı olan "Verona" 12-ci sırada qərarlaşıb.

"Yuventus" - "Verona" - 2:1
Qollar
: Aaron Remzi, 31, Kriştiano Ronaldo, 49 (pen.) - Migel Velozo, 20