"Yuventus" "Mançester Yunayted"lə danışığa başlayır

"Yuventus" Pol Poqbanı heyətində görməyə israrlıdır. SportLine.az xəbər verir ki, Turin klubu futbolçunun keçidi üçün artıq "Mançester Yunayted"lə danışıqlara hazırlaşır.

"Sun" nəşrinin məlumatına görə, A Seriya təmsilçisi qış transfer pəncərəsində Fransa millisinin üzvünü transfer etmək istəyir. 

Qeyd edək ki, 2012-2016-cı illərdə də "Yuventus"un şərəfini qoruyub.