"Yuventus" - "Milan" dueli Səudiyyə Ərəbistanında

İtaliya Superkuboku uğrunda "Yuventus" və "Milan" komandaları arasında keçiriləcək matçın yeri və vaxtı müəyyənləşib. 

SportLine.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunacaq. Qarşılaşma yanvarın 16-da keçiriləcək.