"Yuventus" Salahı da istəyir

Aaron Remsinin transferini gerçəkləşdirən "Yuventus" Premyer Liqada çıxış edən daha bir futbolçuya "elçi düşüb". SportLine.az xəbər verir ki, Turin klubu Məhəmməd Salahın xidmətində maraqlıdır.

"Sky Arabia"nın məlumatına görə, İtaliya təmsilçisi Misir millisinin üzvünə görə 175 milyon funt-sterlinq ödəməyə hazırdır. 

26 yaşlı forvardın cari mövsümün sonunda transfer edilməsi planlaşdırılıb.

Qeyd edək ki, M.Salah 2017-ci ildən "Liverpul"da çıxış edir.