"Yuventus" və "Milan" Ərəbistanda üz-üzə gələcək
İtaliya Super kuboku uğrunda görüş Səudiyyə Ərəbistanında olacaq. SportLine.az "Tuttosport"a istinadən xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası qərar qəbul edib.
Federasiya bu görüşün Səudiyyə Ərəbistanında keçirilməsinə görə 7 milyon avro qazanacaq.
"Yuventus" və "Milan" komandaları arasında gerçəkləşəcək görüş gələn ilin yanvar ayına planlaşdırılır.