"Yuventus"da iki yeni müqavilə
Son İtaliya çempionu "Yuventus" iki futbolçu ilə müqavilə yeniləyib. SportLine.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin təmsilçisi əsas müdafiəçiləri Andrea Barzali və Corcio Kyellini ilə müqavilənin müddətini artırıb.
Futbolçularla əldə olunan razılığa əsasən, Barzali 2019, Kyellini isə 2020-ci ilə kimi “Yuventus”da çıxış edəcək.