"Yuventus"dan "Everton"a rədd cavabı

"Yuventus" hücumçusu Moyze Kinin transferi üçün İngiltərənin "Everton" klubundan 30 milyon avroluq təklif alıb.

Sportline.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi təklifi rədd edib

Xəbərdə "Yuventus"un italiyalı forvardı "Ayaks"dan Matteis de Liqtin transferində istifadə etməyi planlaşdırdığı qeyd edilib.

19 yaşlı hücumçu ötən mövsüm 17 oyuna 7 qol vurub, 1 assist edib. Kinin "qoca sinyora" ilə müqaviləsi gələn mövsümün sonuna qədərdir.