"Yuventus"un təxirə salınan oyununun vaxtı açıqlandı

İtaliya A Seriyasının XXVI turundan təxirə salınan "Yuventus" - "Atalanta" matçı martın 14-də keçiriləcək. 

Sportline.az xəbər verir ki, Turində olacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. 

Xatırladaq ki, fevralın 25-də keçirilməli qarşılaşma, ot örtüyü qara büründüyündən təxirə salınmışdı .