"Zalsburq"un gənc ulduzu göz qamaşdırır

“Zalsburq”un gənc hücumçusu Erlinq Haaland dünən gecə  Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Napoli”yə qarşı matçda (1:1) 2 hadisə ilə yadda qalıb.

Sportline.az “BBC Sport”a istinadən xəbər verir ki, 19 yaşlı norveçli oyunçu ÇL-in qrup mərhələsinin ilk 4 turunda fərqlənən ən gənc 4-cü oyunçu olub. Bununla yanaşı o, “Napoli” ilə matçda penalti zərbəsindən hesabı bərabərləşdirib. Beləliklə, Haaland həm “Napoli”nin 3 xal qazanmasına, həm də ÇL-in 1/16 final mərhələsinə vəsiqə qazanan ilk klub olmasına mane olub.

Qeyd edək ki, Haaland hazırda 7 qolla ÇL-in bombardiridir.