Zaqataladakı oyun bu səbəbdən təxirə salındı

Azərbaycan I divizionun 23-cü turunda bu gün keçirilməli olan  “Zaqatala” – “Qarabağ-2” oyunu təxirə salınıb.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, görüş güclü yağış səbəbindən baş tutmayıb.

Matçın keçirilmə tarixi barədə hələlik məlumat verilməyib.