Zədə "Liverpul"un futbolçusuna baha başa gəldi
“Liverpul”un zədəli futbolçusu Aleks-Oksleyd Çemberleynin vəziyyətinə aydınlıq gəlib.
Sportline.az "The Times" nəşrinə istinadən xəbər verir ki, ayaq biləyindən zədələnən 26 yaşlı yarımmüdafiəçi ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, bu mövsüm “Liverpul”un heyətində 21 oyun keçirən Çemberleyn, 5 qolla yadda qalıb.