Zədəli Almeydadan son xəbər

Macarıstan yığması ilə AÇ-2020-nin seçmə matçında meydanı vaxtından əvvəl tərk edən Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın zədəsi ciddi deyil.

Sportline.az xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib. Braziliya əsilli futbolçu bildirib ki, 54-cü dəqiqədə diz nahiyəsindən aldığı zərbə nəticəsində ağrılar hiss edib. Bu səbəbdən, oyunu davam etdirməməsi məqsədəuyğun sayılıb.

“Qarabağ”ın oyunçusu oktybarın 19-da Premyer Liqanın VIII turunda “Qəbələ” ilə səfər qarşılaşmasında meydana çıxmasının mümkünlüyünü əlavə edib (Report).