Zəlzələ səbəbilə oyun təxirə salındı

Yaponiya və Çili milliləri arasında bu gün keçirilməli olan yoldaşlıq görüşü təxirə salınıb. SportLine.az xəbər verir ki, buna zəlzələ səbəb olub.

Sapporo şəhərində yaşanan və Rixter şkalası ilə 6,6 bal gücündə olan zəlzələ gecə saat 03:00 radələrində yaşanıb. Təbii fəlakətdə 9 nəfər həyatını itirib, 30 nəfər itkin düşüb, 366 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd edək ki, Yaponiya - Çili matçı Bakı vaxtı ilə saat 14:00-a planlaşdırılmışdı. Yaponiya Futbol Federasiyası oyuna bilet alan azarkeşlərə pulların geri qaytarılacağı barədə məlumat yayıb.