Zidan "Çelsi"dən 200 milyon funt-sterlinq tələb edir

Mövsümün sonunda Mauritsio Sarri ilə yolları ayıracaq "Çelsi" rəhbərliyi Zinəddin Zidanı komandaya gətirməkdə israrlıdır. SportLine.az xəbər verir ki, fransalı mütəxəssis də İngiltərəyə köçməyə hazır olduğunu deyib.

"Sun" nəşrinin məlumatına görə, Z.Zidan London klubu ilə mövsümün sonunda müqavilə bağlaya biləcəyini bildirib. Amma mütəxəssisin şərtləri var.

"Real"ın sabiq çalışdırıcısı rəhbərlikdən 200 milyon funt-sterlinqlik transfer büdcəsi və Eden Azarla yeni müqavilənin bağlanmasını tələb edib. "Çelsi" rəhbərliyi bu tələbləri yerinə yetirəcəyi təqdirdə Z.Zidan "zadəganlar"ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Z.Zidanın sonuncu iş yeri Madrid "Real"ı olub. O, 2016-2018-ci illərdə "kral klubu"nda işləyib.