"Zidan İngiltərədə işləməlidir" - Venger
Ötən mövsümün sonunda "Arsenal"la yollarını ayıran Arsen Venger Zinəddin Zidana karyerası ilə bağlı tövsiyələr edib. SportLine.az "The Sun"a istinadən xəbər verir ki, mütəxəssis onun İngiltərədə çalışmasının vacib olduğunu söyləyib:
"Zidan dünyanın ən yaxşı klubundan möhtəşəm nəticələrlə ayrıldı. Karyerasını davam etdirməli, dünyanın başqa bir yaxşı klubunda fəaliyyət göstərməlidir. Həmin komandaya çempionluqlar bəxş etməlidir. Ya da keyfiyyətli bir komandaya keçməli, uzunmüddətli inkişaf strategiyası müəyyənləşdirməli, həmin komandanı zirvərələrə aparmalıdır.
Tövsiyə edirəm, Zidan İngiltərəyə getsin. Premyer Liqa yeganə yarışdır ki, 6 komanda çempionluq uğrunda mübarizə aparır. Digər çempionatlarda dekabr ayında çempionlar müəyyənləşir. Hətta Fransada sentyabrda çempionun adı bəlli olur. İngiltərədə mübarizə sonadək davam edir. Bu, Zidan üçün çox yaxşı təcrübə olacaq".
Qeyd edək ki, A.Venger 22 il müddətində "Arsenal"da fəaliyyət göstərib. Z.Zidan isə "Real"la üç dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.