Zidan Parisdə bu heyətə güvənəcək
Madrid "Real"ının Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab oyunu üçün iştirak ərizəsi müəyyənləşib.
Sportline.az xəbər verir ki, Zinəddin Zidan Paris səfərinə 24 futbolçu ilə çıxıb:
Qapıçılar: Keylor Navas, Kiko Kasilya, Luka Zidan
Müdafiəçilər: Daniel Karvahal, Xesus Valexo, Serxio Ramos, Rafael Varan, Naço Fernandes, Marselo, Teo Ernandes, Aşraf Xakimi
Yarımmüdafiəçilər: Toni Kross, Luka Modriç, Kazemiro, Markos Lorente, Marko Asensio, İsko, Mateo Kovaçiç, Daniel Sebalos
Hücumçular: Kriştiano Ronaldo, Kərim Benzema, Qaret Beyl, Lukas Vaskes, Borxa Mayoral
Qeyd edək ki, sabah keçiriləcək PSJ - "Real" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.