"Zirə" afrikalı hücumçunu heyətə qatdı

"Zirə" klubu heyətə daha bir futbolçu cəlb edib.

Sportline.az klubun rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Fil Dişi Sahilindən olan İsmail Fofana ilə anlaşıb. Hücumçu ilə 6 ay + 1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 30 yaşlı forvardın son klubu Serbiyanın "Voyvodina" klubu olub. Fofana buna qədər İngiltərədə “Çarlton” (2006-2010), Ermənistanda “Şirak” (2012-2013), İranda “Zob Ahan” (2013), Serbiyada “Partizan” (2013-2016) komandalarının formasını geyinib.