"Zirə" daha iki futbolçu ilə yolları ayırdı

“Zirə” qapıçı Kamal Bayramovdan sonra daha iki futbolçusu ilə vidalaşır.

Sportline.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Samir Abasov deyib. Onun sözlərinə görə, Sadiq Quliyev və Pərdis-Fərcad Azadla baş çatan müqavilə yenilənməyəcək:

“Qış fasiləsində heyətə cəlb olunan İsmael Fofananın məsələsi isə açıq olaraq qalır. Əslində onun komandada qalmasını istəyirəm. Futbolçu özü də “Zirə”də oynamaqda maraqlıdır. Sadəcə, bəzi məsələlər var ki, onları dəqiqləşdirmək lazımdır”.

Baş məşqçi komandadan ayrılan Kamal Bayramovun əvəzinə əcnəbi qapıçı alacaqlarını söyləyib. S. Abasov qışda “Keşlə”dən alınan müdafiəçi Adrian Skarlatakeyə də yeni müqavilə təklif edəcəklərini bildirib.