"Zirə" də Bakının bazasına üz tutdu

"Bakı" Futbol Klubunun bazasında rəhbər dəyişikliyindən sonra təmir işlərinə başlanılıb.

SportLine.az xəbər verir ki, artıq bazada müəyyən problemlər həll edilib və klublarla əməkdaşlığa başlanılıb. 

"Qəbələ"nin ardından daha bir elita klubunun da bu bazada məşq keçəcəyi dəqiqləşib. "Zirə" klubu bununla bağlı baza rəhbərliyi ilə razılığa gəlib.